AZ

Rusiya Xersonda sərnişin avtobusunu VURDU – Ölən və yaralananlar var – FOTO

Xerson vilayətinin yaxınlığında Rusiya Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatı ilə həyata keçirdiyi hücum nəticəsində sərnişin avtobusu hədəfə alınıb.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, hücum zamanı iki nəfər həyatını itirib, daha 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
 

Ukrayna Baş Prokurorluğunun Xerson vilayəti üzrə idarəsinin məlumatına görə, hadisə şəhər ətrafında, mülki marşrut xəttində işləyən avtobusun hərəkəti zamanı baş verib.


Hücum nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, ərazidə xilasetmə və tibbi yardım briqadaları çalışır. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
 

Hadisə ilə bağlı istintaq başlayıb, hücumun beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirildiyi qeyd olunur.


Qeyd edək ki, son günlər Rusiya ordusu Xerson vilayəti və ətraf yaşayış məntəqələrinə PUA və artilleriya zərbələrini intensivləşdirib, bu da mülki əhali arasında itkilərin artmasına səbəb olub.


Bizim.Media

Seçilən
43
50
bizim.media

10Mənbələr