Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın iştirakı ilə Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında əldə edilmiş sülh razılaşmasını alqışlayır.
7Times.az xəbər verir ki, bu, Səudiyyə Ərəbistanı XİN-nin yaydığı bəyanatda yer alır.
Bəyanatda, iki dövlətin xalqlarının və Qafqaz regionunun mənafeyinə xidmət edəcək bu razılaşmanın Ermənistan və Azərbaycan arasında anlaşmanın, əməkdaşlığın, təhlükəsizlik və sabitliyin yeni mərhələsinin başlanğıcını təşkil edəcəyinə inam ifadə edilib.