Bakı. Trend:
Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi (XİN)ABŞ-ın iştirakı ilə Ermənistan Respublikası və AzərbaycanRespublikası arasında əldə edilmiş sülh razılaşmasınıalqışlayır.
Trend-inməlumatına görə, bu, Səudiyyə Ərəbistanı XİN-nin yaydığı bəyanatdabildirilib.
Bəyanatda, iki dövlətin xalqlarının və Qafqaz regionununmənafeyinə xidmət edəcək bu razılaşmanın Ermənistan və Azərbaycanarasında anlaşmanın, əməkdaşlığın, təhlükəsizlik və sabitliyin yenimərhələsinin başlanğıcını təşkil edəcəyinə inam ifadə edilib.