AZ

Bu gün ABŞ-də keçiriləcək üçtərəfli görüş Azərbaycan diplomatiyasının qələbəsidir – RƏY

Bu gün Birləşmiş Ştatlarda (ABŞ) keçiriləcək üçtərəfli görüş Azərbaycan diplomatiyasının qələbəsidir.

NOCOMMENT.az xəbər verir ki, bunu “Report”a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Vaşinqton görüşünü Əbu-Dabi görüşünün davamı kimi də qəbul etmək olar:

“Azərbaycan ikitərəfli və birbaşa danışıqları daha üstün tutur, lakin Vaşinqton Prezident Donald Trampın təşəbbüsü ilə tərəflərə görüş üçün meydan verir. Sülh gündəliyinin təşəbbüskarı Azərbaycan və Prezident İlham Əliyevdir. Bu, kiçik məsələ deyil. Beş ilə yaxındır ki, Ermənistan meydanı tərk etməyə cəhd göstərir, manipulyasiylara əl atır, bu da özünəməxsus sabotajdır. Amma sülh məsələsi elə Ermənistana lazımdır. Bölgədə ən problemli vəziyyəti olan məmləkət Ermənistandır, ABŞ özü də bunu bilir”.

T.Abbasov bildirib ki, danışıqlarda hər bir tərəfin üstünlükləri, hədəfləri var:

“ABŞ Prezidentinin böyük fəallığını müşahidə edirik. Əslində, Tramp ölkəsinin siyasi dividendlərini artırmağı, verdiyi vədlərlə bağlı qələbə çaldığını göstərmək istəyir. Çünki bu, Rusiya-Ukrayna, Konqo-Ruanda, Çin-Tayvan, Fələstin məsələsində alınmır. Həm də Nobel Sülh Mükafatına layiq olmaq istəyir”.

Politoloq vurğulayıb ki, əslində, reallaşmaqda olan ssenarini Azərbaycan və Prezident İlham Əliyev yazıb:

“Azərbaycan bölgəyə sülh gəlməsini istəyir. Bilirik ki, bu gün dünyada ən böyük problem uzunmüddətli münaqişələrin məntiqi sonluğa çatmamasıdır. Azərbaycanın verdiyi bu proqram səviyyəsində Ermənistanın sabotajı davam etdirmək imkanları tükənir. Biz bir çərçivə müəyyən etmişik. Nikol Paşinyan bunu yaxşı başa düşür, təəssüf ki, Ermənistan cəmiyyəti iki xətli hərəkətlərə üstünlük verir. Bir yandan revanşizm onları qovalayır, digər tərəfdən sülh istəyirlər. Paşinyanın bəyan etdiyi “real Ermənistan” sülh sazişinin üzərindən keçir. Paşinyan eyni zamanda Prezident İlham Əliyevə minnətdar olmalıdır ki, Azərbaycan dolayı yolla ona həm də kömək edir”.

T.Abbasov dünya birliyinin Azərbaycan tərəfindən problem yaşamadığını, əksinə, problemi onlara Ermənistanın və havadarlarının gətirdiyinə diqqət çəkib.

“Bəzi ölkələr silah satmaq üçün bilərəkdən münaqişəli vəziyyət yaradırlar, eskalasiyanı gücləndirirlər. Lakin bu, Azərbaycana lazım deyil. Biz mövqeyimizi şəffaf şəkildə ortaya qoymuşuq. Bizə bölgədə özümüz və qonşularımız üçün sülh lazımdır”.

Seçilən
127
1
nocomment.az

10Mənbələr