Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya klublarına beynəlxalq turnirlərdən kənarlaşdırıldıqdan sonra həmrəylik ödənişi proqramı çərçivəsində 10,8 milyon avrodan çox pul ödəyib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Britaniyanın məşhur “The Guardian” internet nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 2022/2023 mövsümündə UEFA Rusiya Futbol İttifaqına 3,3 milyon avrodan çox pul ödəyib. 2023/2024 mövsümündə bu məbləğ 3,38 milyon avrodan, 2024/2025 mövsümündə isə 4,22 milyon avrodan çox olub. 2021/2022 mövsümündə də 6,2 milyon avro ödəniş edilib.
2022-ci ilin fevralında Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) və UEFA Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya klublarının və milli komandalarının beynəlxalq turnirlərdə iştirakını dayandırıb.