RU

UEFA beynəlxalq turnirlərdən kənarlaşdırıldıqdan sonra Rusiya klublarına 10 milyon avrodan çox pul ödəyib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya klublarına beynəlxalq turnirlərdən kənarlaşdırıldıqdan sonra həmrəylik ödənişi proqramı çərçivəsində 10,8 milyon avrodan çox pul ödəyib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Britaniyanın məşhur “The Guardian” internet nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 2022/2023 mövsümündə UEFA Rusiya Futbol İttifaqına 3,3 milyon avrodan çox pul ödəyib. 2023/2024 mövsümündə bu məbləğ 3,38 milyon avrodan, 2024/2025 mövsümündə isə 4,22 milyon avrodan çox olub. 2021/2022 mövsümündə də 6,2 milyon avro ödəniş edilib.

2022-ci ilin fevralında Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) və UEFA Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya klublarının və milli komandalarının beynəlxalq turnirlərdə iştirakını dayandırıb.

Избранный
75
90deqiqe.az

1Источники