AZ

Ağdərədə yanğının söndürülməsinə 2 helikopter cəlb olundu - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Ağdərədə meşə massivində yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, alov dağ massivindəki meşə hissəsində davam etdiyindən əraziyə FHN-in Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Bildirilir ki, Suqovuşan qəsəbəsində gecə saatlarından başlayan yanğının qarşısı alınıb.

Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Seçilən
21
5
bakivaxti.az

10Mənbələr