AZ

Ağdərədə yanğının söndürülməsinə 2 helikopter cəlb olundu - Video

Xəbər verdiyimiz kimi, ötən gün Ağdərədə meşə massivində yanğın baş verib.

“Qafqazinfo”nun məlumatına görə, alov dağ massivindəki meşə hissəsində davam etdiyindən əraziyə FHN-in Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Bildirilir ki, Suqovuşan qəsəbəsində gecə saatlarından başlayan yanğının qarşısı alınıb.

Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Ziya Əmirxanlı

Seçilən
28
5
qafqazinfo.az

10Mənbələr