AZ

Cəlal Hüseynov Litvada qələbəyə sevindi - Konfrans Liqasında

Cəlal Hüseynovun çıxış etdiyi "Arda" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu qələbə ilə başa vurub.

Sportinfo.az xəbər verir ki, Boqlarıstan təmsilçisi Litvada "Kauno Jalqiris"in qonağı olub.

Görüş Cəlalın komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 53-cü dəqiqədə Antonio Vutov vurub.

Start heyətinsə yer alan Hüseynov matçı əvəzolunmadan keçirib. Yığmamızın futbolçusu 23-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Komandalar arasında cavab oyunu avqustun 14-də Bolqarıstanda keçiriləcək.

Seçilən
5
1
sportinfo.az

10Mənbələr