AZ

Sloveniyada sərfəli nəticə qazandı - Zamiq Əliyevin komandası

Azərbaycan yığmasının müdafiəçisi Zamiq Əliyev Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda iştirak edib.

Sportinfo.az xəbər verir ki, o, "Eqnatiya"nın (Albaniya) heyətində "Olimpiya"ya (Sloveniya) 90 dəqiqə meydanda olub.

Səfərdə keçirilən qarşılaşmada Zamiqin komandası sərfəli nəticə əldə edib. Görüş 0:0 hesabı ilə yekunlaşıb.

Tərəflər arasında cavab görüşü avqustun 14-də Albaniyada olacaq.

Seçilən
27
15
sportinfo.az

10Mənbələr