AZ

Si Cinpin Rusiyaya Ukraynada sülh bağlamağa imkan verməyəcək - The Telegraph

Çin lideri Si Cinpin Rusiyanın Ukrayna ilə sülh bağlamasına imkan verə bilməz, çünki Çin Tayvana qarşı mümkün hücum öncəsi həm Rusiyanı, həm də ABŞ-ı zəiflətmək istəyir.

Bizim.Media xəbər verir ki, bunu “The Telegraph” qəzetinin eksperti Rebekka Koffler deyib.

Onun sözlərinə görə, Çin bu münaqişəni dolayısı ilə aparılan bir müharibə kimi görür:

“Məqsəd isə Tayvana müdaxilədən əvvəl Moskvanı və Vaşinqtonu tükəndirməkdir”.

Rebekka Koffler qeyd edib kiŞ Çin Ukraynadakı müharibəni “əvəzləyici savaş” kimi qiymətləndirir və bu münaqişə Tayvanda potensial döyüşlər öncəsi strategiya planının bir hissəsidir.

Bu kontekstdə ekspert yazır ki, Pekin Rusiyaya ikili təyinatlı (həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən) texnologiyalar təqdim edir. Bu isə Rusiyanın hərbi gücünün artırılmasına xidmət göstərir.


Bizim.Media

Seçilən
101
6
bizim.media

6Mənbələr