AZ

Astarada balıqçı faciəvi şəkildə HƏYATINI İTİRDİ FOTO

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Astara rayonunda bir nəfər dənizdə boğularaq həyatını itirib.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb.1963-cü il təvəllüdlü kənd sakini Xanoğlan Museyib oğlu Əsədullayev günorta saatlarında çimmək üçün evlərinin yaxınlığındakı çimərliyə yollanıb.O, bir qədər dərinliyə üzərək dənizdə boğulub. Hadisə yerində olan şəxslərin köməkliyi ilə X. Əsədullayevin cəsədi sudan çıxarılıb və aidiyyəti orqanlara təhvil verilib.Mərhumun bacısı Bəsti Əsədullayeva bildirib ki, Xanoğlan uzun illər balıqçı kimi fəaliyyət göstərib, lakin son vaxtlar səhhətində ciddi problemlər hiss olunurdu.Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə göndərilib.Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
42
demokrat.az

10Mənbələr