AZ

Vaşinqton görüşündə bu sənədlər imzalanacaq

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirəcəyi görüşdə müzakirə olunacaq mövzular bəlli olub.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə ABŞ-da yaşayan azərbaycanlı jurnalist Alex (Ələkbər) Raufoğlu öz X hesabında paylaşım edib.

O bildirib ki, aşağıdakı əsas sənədlərin imzalanması nəzərdə tutulur:

1. Sülh prosesinə dair yol xəritəsini müəyyən edən birgə bəyanat;

2. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən əvvəlcədən razılaşdırılmış sülh sazişinin paraflanması;

3. Hər iki ölkənin ATƏT-in Minsk Qrupundan rəsmi çıxışını təsdiqləyən birgə məktub;

4. Həm ABŞ-Azərbaycan, həm də ABŞ-Ermənistan münasibətlərinin inkişafını nəzərdə tutan anlaşma memorandumları.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
50
13
axar.az

10Mənbələr