AZ

Vaşinqton görüşündə bu sənədlər imzalanacaq

ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirəcəyi görüşdə müzakirə olunacaq mövzular bəlli olub.

 

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ABŞ-də yaşayan azərbaycanlı jurnalist Alex (Ələkbər) Raufoğlu öz "X" hesabında paylaşım edib.

 

O qeyd edib ki, aşağıdakı əsas sənədlərin imzalanması nəzərdə tutulur:

 

1. Sülh prosesinə dair yol xəritəsini müəyyən edən birgə bəyanat.

2. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən əvvəlcədən razılaşdırılmış sülh sazişinin paraflanması

3. Hər iki ölkənin ATƏT-in Minsk Qrupundan rəsmi çıxışını təsdiqləyən birgə məktub.

4. Həm ABŞ-Azərbaycan, həm də ABŞ-Ermənistan arasında münasibətlərin inkişafını nəzərdə tutan Anlaşma Memorandumları

Seçilən
12
13
sfera.az

10Mənbələr