AZ

Rusiyada benzin və dizel bahalaşmaqda davam edir Son qiymətlər

Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu ilin əvvəlindən ötən dövr ərzində Rusiyada benzin 4,9% bahalaşıb.

Yeniavaz.com Rusiya rəsmi qurumlarının açıqladığı məlumatlara istinadən xəbər verir ki, ardıcıl ikinci həftədir benzinin qiyməti ölkədəki ümumi inflyasiyanı (4,37%) üstələyir.

Bildirilir ki, bir litr benzinin orta qiyməti 61,19 rubl (1,22 manat) olub.

Ayrı-ayrı markalar üzrə qiymətlər belədir:

Aİ-92 markalı benzin – 57,99 rubl (1,16 manat);

Aİ-95 – 63,25 rubl (1,26 manat);

Aİ-98 – 84,55 rubl (1,69 manat).Dizel yanacağının qiymətində isə 1,9% bahalaşma olub. Bir litr dizelin orta qiyməti 71,49 rubl (1,43 manat) olub.

Onu da bildirək ki, ötən il Rusiyada benzin qiymətləri 11,13% artıb. Bu da il üzrə qeydə alınan 9,52%-lik inflyasiya göstəricisindən yüksəkdir.Elnur Əli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
23
yeniavaz.com

10Mənbələr