AZ

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 823,9 min nəfərə çatdı – 2025-ci ilin statistikası

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı artmaqda davam edir.

Finss.az xəbər verir ki, 2025-ci ilin avqustun 1-nə olan məlumata əsasən, ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəlindən 2,1% artaraq 823,9 min nəfərə çatıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı da 5,8% artaraq 55,8 min nəfər təşkil edib. Eyni zamanda, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 4,3% artım göstərərək 226,8 minə yüksəlib.

Statistik göstəricilərə əsasən, 2025-ci ilin avqustun 1-nə uçotda olan yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) sayı 111,8 min, qeydiyyatda olan POS-terminalların sayı isə 140,7 min olub.

Bu dinamika vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsal iqtisadiyyatın genişlənməsi fonunda formalaşır və ölkədə şəffaf iqtisadi münasibətlərin genişlənməsinə işarə edir.

Fuad Mədətov
Finss.az

Seçilən
2
1
fins.az

10Mənbələr