AZ

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2,1% artıb

2025-ci ilin avqustun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəlindən 2,1% artaraq 823,9 min nəfərə çatıb.

Finss.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verdiyi məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 5,8% artaraq 55,8 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 4,3% artaraq 226,8 min olub.

Eyni zamanda, həmin tarixə uçotda olan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 111,8 min, qeydiyyatda olan POS-terminalların sayı isə 140,7 min təşkil edib.

Fuad Mədətov
Finss.az

Seçilən
7
1
fins.az

10Mənbələr