AZ

Günəşdə daha bir güclü partlayış baş verib

Avqustun 7-də Günəşdə sondan əvvəlki güc sinfinə (M) aid partlayış olub.
 
Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
 
"Avqustun 7-də Moskva vaxtı ilə saat 05:32-də (Bakı vaxtı ilə 06:32-də - red.) rentgen diapazonunda 4168 (N04W29) günəş ləkələri qrupunda 25 dəqiqə davam edən M2.2 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilir.
 
Ümumilikdə avqust ayında bu gücdə yeddi partlayış qeydə alınıb.
 
Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.
Seçilən
52
7
moderator.az

10Mənbələr