Sea Breeze

Avqustun 7-də Günəşdə sondan əvvəlki güc sinfinə (M) aid partlayış olub.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

“Avqustun 7-də Moskva vaxtı ilə saat 05:32-də (Bakı vaxtı ilə 06:32-də – red.) rentgen diapazonunda 4168 (N04W29) günəş ləkələri qrupunda 25 dəqiqə davam edən M2.2 partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilir.

Ümumilikdə avqust ayında bu gücdə yeddi partlayış qeydə alınıb.

Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

ETX
ETX
ETX