Rusiyanın Kamçatka yarımadasında Klyuçevskoy vulkanı dəniz səviyyəsindən 11,5 km yüksəkliyə kül püskürüb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Kül şleyfi vulkandan təxminən 124 km şərqə doğru uzanıb.
Qeyd edək ki, Avrasiyanın ən yüksək aktiv vulkanı olan Klyuçevskoy iyulun 30-da baş verən güclü zəlzələdən sonra aktivləşib.