AZ

Kamçatkada Klyuçevskoy vulkanı 11,5 km hündürlüyə kül püskürüb

Rusiyanın Kamçatka yarımadasında püskürən Klyuçevskoy vulkanı dəniz səviyyəsindən 11,5 km yüksəkliyə kül sütunu buraxıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun Teleqram kanalında məlumat verilib.
 
Qeyd olunub ki, kül şleyfi vulkandan təxminən 124 km şərqə doğru uzanıb.
 
Klyuçevskoy vulkanı Avrasiyanın ən yüksək aktiv vulkanıdır. Vulkan iyulun 30-da baş verən güclü zəlzələdən sonra aktivləşib və onun püskürməsi güclənir.
Seçilən
64
4
moderator.az

10Mənbələr