AZ

ÇL: “Fənərbağça” ilk oyunda “Feyenoord”a uduzdu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/26 mövsümünün 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibləri olan “Ludoqorets”lə “Ferentsvaroş”un Bolqarıstanda baş tutan ilk görüşündə qapılara qol vurulmayıb. Tərəflər bir həftə sonra Macarıstanda üz-üzə gələcəklər.

Günün digər maraqlı görüşü isə Niderlandda olub. Yerli “Feyenoord” Türkiyə təmsilçisi “Fənərbağça”nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib. Yekunda Niderland təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, ÇL-in 3-cü təsnifat mərhələsinin digər ilk 4 matçı bir gün öncə keçirilib.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
6 avqust

Kayrat (Qazaxıstan) – Slovan (Slovakiya) 1:0
Zalsburq (Avstriya) – Brügge (Belçika) 0:1
Ludoqorets (Bolqarıstan) – Ferentsvaroş (Macarıstan) 0:0
Lex (Polşa) – Srvena Zvezda (Serbiya) 1:3
Feyenoord (Niderland) – Fənərbağça (Türkiyə) 2:1
Nitsa (Fransa) – Benfika (Portuqaliya) 0:2

Seçilən
11
50
arena.az

10Mənbələr