AZ

Saakaşvili də Vaşinqton görüşündən danışdı

Tezliklə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib.

 

“Avqustun 8-də Vaşinqtonda çox mühüm tarixi hadisə baş verəcək: Azərbaycan və Ermənistan Donald Tramp vasitəsilə sülh müqaviləsi imzalayacaq.

 

Prezident Əliyevlə Baş nazir Paşinyan bir müddətdir danışıqlar aparır, amma ABŞ prezidentinin vasitəçiliyi ilə proses sürətlənib. O gün dünya tarixində Qafqazın Rusiyanın caynağından azad olunma tarixi kimi qalacaq.

 

Rusiya artıq rəsmi olaraq üç Cənubi Qafqaz ölkəsindən ikisində hegemonluğunu itirir”, - sabiq prezident bildirib.

 

M.Saakaşvili əlavə edib ki, Rusiya daxildəki şəbəkəsi vasitəsilə Gürcüstana nəzarəti saxlasa da, bu vəziyyətdə dəyişmək üzrədir.

Seçilən
10
1
modern.az

10Mənbələr