AZ

Rusiya hərbçiləri Ukraynanın Nikopol şəhərini atəşə tutub, ölənlər və yaralılar var

Rusiya hərbçiləri çərşənbə günü Ukraynanın Dnepropetrovsk vilayətində Nikopol şəhərini atəşə tutub.

Bakues.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.

“Nikopolda iki kişi və bir qadın artilleriya atəşi nəticəsində həlak olub”, -o, Telegram kanalında yazıb.

S. Lısak əlavə edib ki, daha dörd nəfər yaralanıb.

Administrasiya rəhbərinin sözlərinə görə, dəymiş ziyanın həcmi dəqiqləşdirilir.

Seçilən
21
35
icma.az

10Mənbələr