Seriallardakı rolları ilə tanınan amerikalı aktrisa Kelli Mak 33 yaşında vəfat edib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “The Hollyvood Reporter” jurnalı aktrisanın ailəsinə istinadən məlumat yayıb.
Onların məlumatına görə, Mak mərkəzi sinir sisteminin glioması ilə uzun müddət mübarizə apardıqdan sonra avqustun 2-də Ohayo ştatının Çinçinnati şəhərində vəfat edib.
Makın aktyorluq karyerası 2000-ci illərdə başlayıb. O, daha çox “Yeriyən ölülər” (“The Walking Dead”, 2010-2022) və “Çikaqo həkimləri” (Chicago Med, 2015-ci ildən indiyədək) seriallarındakı rolları ilə tanınır.
Aktrisanın son işi “Universal” (Universal, 2025) tammetrajlı filmində olub.