
Heftelik.az-ın məlumatına görə, mərkəzi sinir sisteminin glioması ilə uzun müddət mübarizə aparan aktrisa Ohayo ştatının Çinçinnati şəhərində dünyasını dəyişib.
Qeyd edək ki, Makın aktyorluq karyerası 2000-ci illərdə başlayıb. O, daha çox “Yeriyən ölülər” (“The Walking Dead”, 2010-2022) və “Çikaqo həkimləri” (Chicago Med, 2015-ci ildən indiyədək) seriallarındakı rolları ilə tanınıb. Aktrisanın son işi “Universal” (Universal, 2025) tammetrajlı filmində olub.