Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.
AzVision.az xəbər verir ki, bu barədə “Mundo” qəzeti məlumat yayıb. “Yaxınlıqdakı mehmanxanalardan, düşərgələrdən və yaşayış binalarından 1 550 nəfər təxliyə edilib. Avqust ayında mehmanxanaları dolduran istirahət edən şəxsləri əvvəldən evakuasiya etmək lazım gəldi”, - nəşr yazır. Məlumata görə, “Torre La Peña” düşərgəsində başladığı ehtimal edilən yanğın turizm bölgəsinə də keçib. Çərşənbə gününə keçən gecə Əndəlüs Meşə Yanğınsöndürmə Xidmətinin 100-dən çox mütəxəssisi yanğının N-340 magistral yoluna və hotel komplekslərinə keçməsinin qarşısını almaq üçün çalışıb. Səhər saatlarında yanğının söndürülməsinə 6 təyyarə də cəlb olunub. Tarifa meri Xose Antonio Santosun sözlərinə görə, bu yanğın son illərin ən ciddi yanğını olub. Onun söndürülməsinə əyalətin hər yerindən yanğınsöndürənlər cəlb olunub. AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.