Qananın müdafiə naziri Eduard Oman Boamah və ətraf mühit, elm və texnologiya naziri İbrahim Murtala Məhəmməd helikopterin qəzaya uğraması nəticəsində həlak olub.
Publika.az xəbər verir ki, bu barədə Qana hökuməti məlumat yayıb.
Qana Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Julius Debraya bildirib ki, ölkənin cənubunda Akrofuon şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb. Nəticədə iki nazir də daxil olmaqla, 4 nəfər həlak olub.