AZ

Qanada helikopter qəzaya düşdü – Nazirlər həlak oldu


Qananın müdafiə naziri Edvard Omane Boama və ətraf mühit, elm və texnologiya naziri İbrahim Murtala Məhəmməd helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ghanaweb” xəbər portalı Qana Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Culius Debraya istinadən məlumat yayıb.
Helikopter ölkənin cənubunda Akrofuon şəhəri yaxınlığında qəzaya uğrayıb. O, yerə düşəndən sonra alovlanıb. Baş Qərargah rəisi iki nazir də daxil olmaqla 4 nəfərin həlak olduğunu bildirib.
Nazirlər, daxil olan əməliyyat məlumatlarına görə, təbii sərvətlərin qanunsuz hasilatının aparıldığı əraziyə gedirdilər.
Seçilən
12
7
yeniavaz.com

10Mənbələr