"Araz-Naxçıvan" "Omoniya" kollektivini yaxşı təhlil edib.
"Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Qara Qarayev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Omoniya"ya (Kipr) qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında deyib.
O, sabakı qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:
"Komandada yüksək əhval-ruhiyyə var. Sabahkı oyuna tam heyətlə hazırıq. Güclü rəqibə qarşı çıxış edəcəyik. Düşünürə ki, son matçlarda özlərini çox yaxşı göstərirlər. Rəqib barədə təhlillər aparmışıq".
Qeyd edək ki, “Araz-Naxçıvan” - “Omoniya” matçı avqustun 7-də "Dalğa Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada təşkil olunacaq.