AZ

Kipr klubu Araz Naxçıvan la oyun üçün Bakıya azarkeşsiz gələcək

Sia Az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kiprin "Omoniya" komandası Bakıda "Araz-Naxçıvan"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununa azarkeşsiz gələcək. SİA xəbər verir ki, bu barədə Nikosiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, komandanın Azərbaycana səfəri üçün bütün icazələr yalnız bu gün verildiyi üçün fanatları Bakıya aparmaq mümkün olmayacaq.

Ölkəmizə təkbaşına gəlmək istəyində olanların klubla əlaqə saxlamaları istənilib.

Qeyd edək ki, “Araz-Naxçıvan” - “Omoniya” matçı avqustun 7-də "Dalğa Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada təşkil olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
27
sia.az

10Mənbələr