Çin və Braziliya Ukraynadakı münaqişənin siyasi yolla həlli üçün birgə səyləri gücləndirməyə razılaşıblar. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, Çin Xarici İşlər naziri Van İ Braziliya prezidentinin müşaviri Selsu Amorimlə telefon danışığı aparıb. Danışıq zamanı Van İ Pekinin Braziliya ilə birlikdə Ukrayna böhranının siyasi həllinə dəstək verməyə hazır olduğunu vurğulayıb.
Tərəflər “Sülh dostları” qrupu çərçivəsində əməkdaşlığı və Qlobal Cənub ölkələrinin mövqelərinin uzlaşdırılması yollarını müzakirə ediblər. Əsas məqsəd atəşkəsin əldə olunması və sülh danışıqlarına keçidin təmin edilməsidir.
//Samir Qurbanov, Editor.az