AZ

“Sabah”da amerikalı basketbolçu

“Sabah” heyətini amerikalı basketbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

David Nikolsla 2 illik müqavilə imzalanıb.

2024/2025 mövsümündə Macarıstanın “Alba Fehérvár” basketbol klubunda oynayan David həm FIBA Avropa kuboku, həm də Macarıstan çempionatında çıxış edib.

Qeyd edək ki, 1996-cı il martın 26-da ABŞ-də anadan olan David Nikols 183 sm boya malikdir. Karyerasına ABŞ-ın nüfuzlu universitet komandalarında başlayan oyun qurucusu “Albany Great Danes” və “Florida State Seminoles” komandalarında stabil oyunu ilə yadda qalıb.

2024-cü ilin yayında “Alba Fehérvár” ilə müqavilə imzalayan Nikols debüt mövsümündə komandanın liderlərindən birinə çevrilib. Son olaraq Türkiyənin “Yalovaspor” klubunda çıxış edib.

İdman.biz

Seçilən
31
7
idman.biz

9Mənbələr