Ajans.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonunun Əmbərçay kəndindən keçən hissəsində baş verib. Belə ki, Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Elşən Eldar oğlu Abdullayev idarə etdiyi "Vito" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yol kənarına aşıb. Hadisə zamanı sürücü Elşən Eldar oğlu Abdullayev və onun atası 1955-ci il təvəllüdlü Eldar Əbülfəz oğlu Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Təcili Tibbi Yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Məlumata görə, 1955-ci il təvəllüdlü Eldar Abdullayevin vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.