AZ

Qaxda “Vito” aşıb: Ata və oğlu xəsarət alıb

Qaxda “Vito” aşıb.

Bakues.az “Unikal”a istinadən xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonunun Əmbərçay kəndindən keçən hissəsində baş verib. Belə ki, Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Abdullayev Elşən Eldar oğlu idarə etdiyi “Vito” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yol kənarına aşıb.

Hadisə zamanı sürücü Abdullayev Elşən Eldar oğlu və onun atası 1955-ci il təvəllüdlü Abdullayev Eldar Əbülfəz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Təcili Tibbi Yardım avtomobili ilə, Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, 1955-ci il təvəllüdlü Eldar Abdullayevin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
15
6
icma.az

8Mənbələr