AZ

Tanınmış maliyyəçi-sığortaçı "Meqa Sığorta"da iki vəzifəyə təyin olunub

Lisenziyası ləğv edilmiş “Bakı Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışmış Ramin Məmmədov "Meqa Sığorta" ASC-də iki vəzifəyə təyinat alıb.

Marja.az-ın əldə etdiyi məlumata görə, Məmmədov Ramin Hacıağa oğlu "Meqa Sığorta" ASC-də Direktorlar Şurasının müstəqil üzvüRiskləri İdarəetmə Komitəsinin sədri vəzifələrinə təyin olunub. 

Məmmədov Ramin Hacıağa oğlu 3 noyabr 1984-cü ildə Lerik rayonunda anadan olub. 1991-2002-ci illərdə Lerik rayon 1 saylı orta məktəbdə, 2002-2006-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsində ali təhsil alıb.

O,  “Alfa Sığorta” və “Bakı Sığorta” şirkətlərində müxtəlif vəzifələrdə çalışıb.

Seçilən
68
1
marja.az

2Mənbələr