Lisenziyası ləğv edilmiş “Bakı Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışmış Ramin Məmmədov "Meqa Sığorta" ASC-də iki vəzifəyə təyinat alıb.
Marja.az-ın əldə etdiyi məlumata görə, Məmmədov Ramin Hacıağa oğlu "Meqa Sığorta" ASC-də Direktorlar Şurasının müstəqil üzvü və Riskləri İdarəetmə Komitəsinin sədri vəzifələrinə təyin olunub.
Məmmədov Ramin Hacıağa oğlu 3 noyabr 1984-cü ildə Lerik rayonunda anadan olub. 1991-2002-ci illərdə Lerik rayon 1 saylı orta məktəbdə, 2002-2006-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsində ali təhsil alıb.
O, “Alfa Sığorta” və “Bakı Sığorta” şirkətlərində müxtəlif vəzifələrdə çalışıb.