AZ

Fərhad Məmmədov: ABŞ-nin təklifinin Ermənistan tərəfindən hansı formada qəbul edilməsi maraqlıdır...

Avqustun 8-də Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderlərini qəbul edəcək...

Siyasi-şərhçi: “AzərbaycanErmənistan gündəliyi aydındır. Burada sülh müqaviləsi ilə bağlı Azərbaycanın öz şərtləri mövcuddur”.

“Digər tərəfdən, ABŞ-dən gələn açıq məlumatlara görə, burada sülh sazişi istiqamətində vacib addım kimi xarakterizə edilən bir addımlardan söhbət gedir. Yəni, bu sülh sazişinin birbaşa imzalaması deyil”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov ABŞ-da planlaşdırılan Azərbaycan-Ermənistan görüşünü Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, avqustun 8-də Tramp Ağ Evdə AzərbaycanErmənistan liderlərini qəbul edəcək. Təkbətək görüşlərdən sonra üç liderin birgə bəyanat verəcəyi və Azərbaycanla Ermənistan arasında sülh razılaşması ilə bağlı memorandum imzalanacaq. Həmçinin gözlənilir ki, görüşdə Zəngəzur dəhlizinin ABŞ şirkətinin nəzarətinə verilməsi ilə bağlı da qərar qəbul ediləcək.

Gözlənilən bu görüşü ümumilikdə necə şərh etmək olar və Zəngəzur dəhlizində Rusiyaİranın mövqeyinin nəzərə alınmaması regionda hansısa nəticələr doğura bilərmi?

Mövzunu Poliqon-nun əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Ermənistan suveren dövlətlərdir və sözü gedən ərazi Ermənistan ərazisidir. Buna görə də son söz Ermənistana aiddir”.

Azərbaycan prezidentinin gündəliyinin məlum olduğunu xatırladan siyası-şərhçi bildirib ki, Azərbaycanın ön şərtlərinə Ermənistan tərəfindən həyata keçirilməsi və məhz o dövr, ondan sonra dövr sazişinin imzalanmasıdır:

“Ağ Ev artıq təsdiqlədi ki, belə bir görüş planlaşdırılır. Həm ikitərəfli, yəni ABŞ-Ermənistan, ABŞ-Azərbaycan və üçtərəfli görüşlər keçiriləcək. Bu Trampın Ermənistan-Azərbaycan sülh prosesinə tövhə verməsi ilə bağlı olan fəallığının nəticəsidir.

AzərbaycanErmənistan gündəliyi aydındır. Burada sülh müqaviləsi ilə bağlı Azərbaycanın öz şərtləri mövcuddur. Görünən odur ki, Azərbaycan bu ön şərtlərdən geri çəkilməyəcək. Belə olan halda, Azərbaycan prezidentinin də qeyd etdiyi kimi, Azərbaycanın təklif etdiyi sənədin mətninin təsdiq edilməsi baş verə bilər. Eyni zamanda Azərbaycanın ön şərtlərindən hesab olunan Minsk qrupunun ləğvi ilə bağlı hansısa bir addımlar atıla bilər.

Digər tərəfdən, ABŞ-dən gələn açıq məlumatlara görə, burada sülh sazişi istiqamətində vacib addım kimi xarakterizə edilən bir addımlardan söhbət gedir. Yəni, bu sülh sazişinin birbaşa imzalaması deyil. Bu da öz növbəsində ümumi sülh prosesinə müsbət təsir göstərir.

Fərhad Məmmədov: “Həm müzakirə, həm də eyni zamanda konkret qərar qəbul etməni tələb edir. Bu istiqamətdə də ABŞ da görüş bu prosesi sürətləndirə bilər”.

Azərbaycan prezidentinin gündəliyi məlumdur. Azərbaycanın ön şərtlərinə Ermənistan tərəfindən həyata keçirilməsi və məhz o dövr, ondan sonra dövr sazişinin imzalanmasıdır. Digər tərəfdən, nəqliyyat kommunikasiyalarının açılması, yəni Zəngəzur dəhlizi əsas şərt olduğu üçün ABŞ-nin təklifinin Ermənistan tərəfindən hansı formada qəbul edilməsi maraqlıdır. Bu qəbul olunduğu halda, sülh sazişi ilə bağlı Azərbaycanın mühüm mövqeyi formalaşa bilər.

Yəni bütün bu məsələlər həm müzakirə, həm də eyni zamanda konkret qərar qəbul etməni tələb edir. Bu istiqamətdə də ABŞ da görüş bu prosesi sürətləndirə bilər.

Zəngəzur dəhlizi ilə bağlı Rusiyaİranln mövqeyinə gəlincə, istər Azərbaycan, istərsə də Ermənistan suveren dövlətlərdir və sözü gedən ərazi Ermənistan ərazisidir. Buna görə də son söz Ermənistana aiddir. Hər bir halda Rusiyaİran İrəvanın verəcəyi qərarla barışmağa məcburdurlar. Onu da qeyd edim ki, son illər məhz Rusiyaİran öz kooperativ maraqları naminə Zəngəzur dəhlizinin açılmasına əngəl olublar. Bu baxımdan düşünürəm ki, Rusiyaİran əkdiklərini biçəcəklər”.

Nərminə Umudlu
Poliqon.info

Seçilən
67
50
poliqon.info

10Mənbələr