Günün ikinci yarısında qədim Ribot şəhərinin (Fransanın cənubundakı Od departamenti) yaxınlığında meşə yanğını baş verib.
Bakues.az-ın xəbərinə görə, bu barədə regional prefektura “X” sosial şəbəkəsində məlumat yayıb.
“Ribot şəhəri ərazisində böyük yanğın baş verib. Onun söndürülməsi üçün əhəmiyyətli qüvvələr səfərbər edilib”, – məlumatda deyilir.
BFMTV kanalının verdiyi məlumata görə, təbii fəlakət yerinə 430-dan çox yanğınsöndürən gedib.
Prefekturadan bildirilib ki, yanğının söndürülməsi ilə əlaqədar ərazidə yollar bağlanıb.