Prefekturadan bildirilib ki, yanğının söndürülməsi ilə əlaqədar ərazidə yollar bağlanıb.
Ajans.az xəbər verir ki, bu barədə regional prefektura “X” sosial şəbəkəsində məlumat yayıb.
"Ribot şəhəri ərazisində böyük yanğın baş verib. Onun söndürülməsi üçün əhəmiyyətli qüvvələr səfərbər edilib", - məlumatda deyilir. BFMTV kanalının verdiyi məlumata görə, təbii fəlakət yerinə 430-dan çox yanğınsöndürən gedib.