AZ

Slovakiya Prezidenti vətəndaşlarına bunu qadağan etdi

Slovakiya Prezidenti Petr Pelleqrini iyul ayında vətəndaşların xarici silahlı qüvvələrə qoşulmaqla bağlı üç müraciətini rədd edib. Onlardan biri Rusiyaya aid olub.

Bizim.Media xəbər verir ki, bu barədə TASR agentliyinə Slovakiya Prezident Administrasiyası məlumat verib.

Bildirilib ki, iyul ayında Pelleqrini xarici dövlətin silahlı qüvvələrində hərbi xidmət keçməyə icazə verilməsi ilə bağlı iki ərizə alıb.

“Eyni ayda Slovakiya vətəndaşı Rusiya Federasiyasının Silahlı Qüvvələrində xidmət etmək üçün icazə istəyib”, – deyə prezidentin mətbuat xidməti bildirib.
 

Qeyd olunub ki, Pelleqrini bu müraciəti də, eləcə də digər bütün xarici hərbi xidmət müraciətlərini rədd edib. Bu qərar onun vəzifəyə başladığı zaman verdiyi vədlə əlaqələndirilib.


Prezidentin sözlərinə görə, Avropa İttifaqının və NATO-nun üzvü olan Slovakiya beynəlxalq hüquq prinsiplərinə hörmət edir və münaqişələrin yalnız sülh yolu ilə həllini dəstəkləyir.

Slovakiya qanunvericiliyinə əsasən, vətəndaşların xarici silahlı qüvvələrdə xidmət etməsi üçün ölkə prezidentindən mütləq şəkildə icazə alınmalıdır.

Prezident Administrasiyasının məlumatına görə, Petr Pelleqrininin 2024-cü ilin iyununda prezidentliyə başlamasından bəri, ümumilikdə yeddi belə müraciət daxil olub.

Bizim.Media

Seçilən
72
50
bizim.media

10Mənbələr