AZ

"Kəpəz" sabiq oyunçusunu heyətinə qatdı - RƏSMİ

"Kəpəz" sabiq yarımmüdafiəçisi Olavale Onanuqanı geri qaytarıb.

Fanat.Az xəbər verir ki, məlumatı Gəncə klubunun mətbuat xidməti yayıb.

27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, nigeriyalı yarımmüdafiəçi 2023/2024 mövsümündə də "sarı-göylər"in formasını geyinib. O, "Kəpəz"də meydana çıxdığı 27 oyunda 2 qol müəllifi olub. Sözügedən oyunçu Gəncə təmsilçisindən ayrıldıqdan sonra "Əl-Nəsr" (Küveyt) və "Bney Yehuda" (İsrail) klublarının uğurları üçün çalışıb.

Seçilən
41
7
fanat.az

10Mənbələr