AZ

Onanuqa yenidən "Kəpəz"də - rəsmi

"Kəpəz" sabiq futbolçusu Olavale Onanuqanı qaytarıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Nigeriyalı yarımmüdafiəçi 2023/24 mövsümündə də "sarı-göylər"in formasını geyib.

O, "Kəpəz"də meydana çıxdığı 27 oyunda 2 qol müəllifi olub. Futbolçu Gəncə təmsilçisindən ayrıldıqdan sonra "Əl-Nəsr" (Küveyt) və "Bney Yehuda" (İsrail) klublarında çıxış edib.

Seçilən
51
7
football-plus.az

9Mənbələr