AZ

Bakı və Abşeronda oğurluq edən 3 nəfər saxlanılıb

Bakı, 5 avqust, AZƏRTAC

Nəsimi rayonu ərazisində yerləşən avtoservislərin birində oğurluq hadisəsi qeydə alınıb, orada çalışan ustanın çantasından 5 min manat pul vəsaiti oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı F.Kamallı müəyyən olunaraq saxlanılıb.

Nizami rayonu ərazisində isə ticarət mərkəzlərinin birindən 525 manat dəyərində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən 42 yaşlı S.Kərimova saxlanılıb.

Abşeron rayonunda vətəndaşın itirdiyi bank kartından 3 min 14 manatını oğurlamaqda şübhəli bilinən 24 yaşlı İ.İsgəndərli də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
12
13
azertag.az

10Mənbələr