AZ

Bakı və Abşeronda oğurluq edən 3 şəxs saxlanılıb

Bakı.Trend:

Nəsimi rayonu ərazisində yerləşən avtoservislərin birindəoğurluq hadisəsi qeydə alınıb.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, avtoservisdə çalışan ustanın çantasından 5000manat pul vəsaiti oğurlanıb.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləritədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkumolunmuş 34 yaşlı F.Kamallı müəyyən olunaraq saxlanılıb.

Nizami rayonu ərazisində isə qeydə alınan oğurluq hadisəsizamanı ticarət mərkəzlərinin birindən 525 manat dəyərindəqızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən 42 yaşlı S.Kərimovada saxlanılıb.

Bundan başqa, Abşeron rayonunda vətəndaşın itirdiyi bankkartından 3014 manatını oğurlamaqda şübhəli bilinən 24 yaşlıİ.İsgəndərli də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
15
13
az.trend.az

10Mənbələr