AZ

Türkiyədə Ali Hərbi Şuranın iclası başa çatıb - yeni ordu qərargah rəisi təyin olunub

Bakı. Trend:

Bir müddət əvvəl Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanınsədrliyi ilə keçirilən Ali Hərbi Şura iclası başa çatıb. İclasınyekunlarına əsasən, Baş Qərargah rəisi Metin Gürak təqaüdəgöndərilib. Onun yerinə həmin posta ordu generalı SelçukBayraktaroğlu təyin edilib.

Trend bu barədəTürkiyə KİV-ə istinadən xəbər verir

Məlumata görə, Prezident Administrasiyası Kompleksində (Külliyə)mətbuata qapalı keçirilən Ali Hərbi Şura iclası 2,5 saat davamedib.

Bundan başqa, Quru Qoşunları Komandanlığına 1-ci Ordu Komandanı,ordu generalı Metin Tokel təyin olunub.

Dəniz Qüvvələri Komandanı admiral Ercüment Tatlıoğlu və HavaQüvvələri Komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun xidmətmüddətləri bir il uzadılıb.

32 general və admiral bir pillə yüksəldilib, 61 polkovnik isəgeneral və admiral rütbəsinə layiq görülüb. 45 general isə təqaüdəgöndərilib.

Məqalədə:
Seçilən
83
16
az.trend.az

10Mənbələr