
Türkiyə ordusuna yeni Baş Qərargah rəisi təyin edilib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, Ali Hərbi Şuranın qərarı ilə Quru Qoşunları Komandanı General Səlcuq Bayraktaroğlu Baş Qərargah rəisi təyin edilib.
Ali Hərbi Şuranın qərarı ilə Baş Qərargah rəisi ordu generalı Metin Gürak təqaüdə göndərilib.
1-ci Ordu Komandanı General Metin Tokel isə Quru Qoşunları Komandanı təyin edilib.