Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Avroviziya” təmsilçimiz Aysel Teymurzadə İran əsilli müğənni Araşla bağlı açıqlaması ilə diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, ifaçı Xəzər TV-yə açıqlamasında həmkarı ilə tez-tez danışdıqlarını bildirib.
“Biz Araşla ünsiyyətdəyik. Mən onunla məsləhətləşirəm. Çox gözəl məsləhətlər verir. Onda da hər şey çox gözəldir, yaxşıdır. Ailəsi ilə birlikdə Dubayda yaşayır”, - deyə o söyləyib.
Qeyd edək ki, Aysel və Araş Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü “Avroviziya” Mahnı Müsabiqəsində “Always” mahnısı ilə təmsil edərək 207 xalla 3-cü yeri tutublar.
A. Teymurzadə 2012-ci ildə ailə həyatı qurduqdan sonra müğənni fəaliyyətinə ara vermişdi. Ötən ay “Dream Fest” çərçivəsində səhnəyə çıxıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.