AZ

“Araşla danışırıq, çox gözəl məsləhətlər verir” - Video

“Avroviziya” təmsilçimiz Aysel Teymurzadə İran əsilli müğənni Araşla bağlı açıqlaması ilə diqqət çəkib. 

“Qafqazinfo” xəbər verir ki, ifaçı Xəzər TV-yə açıqlamasında həmkarı ilə tez-tez danışdıqlarını bildirib.

“Biz Araşla ünsiyyətdəyik. Mən onunla məsləhətləşirəm. Çox gözəl məsləhətlər verir. Onda da hər şey çox gözəldir, yaxşıdır. Ailəsi ilə birlikdə Dubayda yaşayır”, - deyə o söyləyib.

Qeyd edək ki, Aysel və Araş Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü “Avroviziya” Mahnı Müsabiqəsində “Always” mahnısı ilə təmsil edərək 207 xalla 3-cü yeri tutublar. 

A. Teymurzadə 2012-ci ildə ailə həyatı qurduqdan sonra müğənni fəaliyyətinə ara vermişdi. Ötən ay “Dream Fest” çərçivəsində səhnəyə çıxıb.


Seçilən
3
1
qafqazinfo.az

2Mənbələr