AZ

Vlahoviç İngiltərəyə transfer oluna bilər

Operativ MM saytına istinadən ain.az xəbər verir.

"Yuventus"un hücumçusu Duşan Vlahoviç yay transfer pəncərəsi bağlanana qədər İngiltərə Premyer Liqasına keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisinin rəhbərliyi gələn il müqaviləsi başa çatan və onun uzadılmayacağı ehtimal edilən serbiyalı forvardı satmağa hazırdır.

Premyer Liqanın adı açıqlanmayan iki klubu Vlahoviçə maraq göstərib və sorğu göndərib.

Lakin hələlik rəsmi təklif yoxdur – danışıqlar yalnız ilkin maraq səviyyəsindədir.

otensial transferin qarşısındakı əsas maneə isə Vlahoviçin yüksək maaşıdır.

"Transfermarkt" portalı 24 yaşlı hücumçunu 35 milyon avro dəyərində qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
22
operativmm.az

10Mənbələr